"Gilan Holding" "Made in Azerbaijan" brendi ilə çıxış edir SƏS TV

Bakıda sərgi keçirilir
"Gilan Holding" "Made in Azerbaijan" brendi ilə çıxış edir SƏS TV

17-19 may, 2017-ci il tarixlərində Baki Ekspo mərkəzində 23-cü Azərbaycan Qida Sənayesi Sərgisi və 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfati Sərgisi keçirilir. "WorldFood Azerbaijan 2017" sərgisinin iştirakçıları qeyd edilən sektorlar üzrə öz məhsullarını təklif edirlər. Qida sənayesi üçün avadanlıqlar, qida məhsulları, meyvə-tərəvəz, mal və quş əti, qəhvə və çay, konservləşdirilmiş məhsullar, süd məmulatları, baqqaliyyə məmulatları, inqrediyentlər, qənnadı və un məmulatları, içkilər, soyutma sistemləri, laboratoriya avadanlıqları və s.

"Made in Azerbaijan" brendi ilə çıxış edən yerli şirkətlər sərgidə fəal təmsil olunur. Belə ki, yerli eksponentlər qrupuna sərginin daimi iştirakçıları - "Gilan Holding", "Azersun Holding", "Metak" şirkətləri rəhbərlik edir, yerli meyvə və tərəvəz ixracatçıları isə "Amoris" və "Buta Group" şirkətlərinin timsalında təmsil olunurlar.

Gilan kənd təsərrüfatı qrupunun satış üzrə kordinatoru Rəşad Məcidov bildirib ki, bu sərgi ənənəvi olaraq keçirilir və holdinq olaraq biz də bu sərgidə mütəmadi iştirak edirik. Bu sərgi beynəlxalq əməkdaşlıq üçün mühüm platformaya çevrilib və sərgi işgüzar əlaqələrin qurulması üçün əhəmiyyətlidir. Gilan kənd təsərrüfatı olaraq ölkənin 30 rayonunda və 6 istiqamət üzrə fəaliyyət göstərir. Biz 40 adda məhsul istehsal edirik. Həmin məhsullar bu sərgidə nümayiş etdirilir. "Gilan Holdinq" olaraq yaxın müddət ərzində özümüzə bir strategiya müəyyən etmişik. Bu strategiya ondan ibarətdir ki, ixracımızı, qısamüddətli zaman ərzində iki dəfə artıraq. İxracı artırmaq üçün belə sərgilərdə işirak və işgüzar münasibətlər vacibdir. Belə bir sərginin təşkili ölkələrin mövcud potensialının nümayiş etdirilməsi, yeni texnologiyaların ötürülməsində, ərzaq təhlükəsizliyinin təmin edilməsində, işgüzar münasibətlərin qurulmasında müstəsna rol oynayır.

Qeyd edək ki, Baş ofisi Bakıda yerləşən "Gilan Holdinq" ən yeni texnologiyaların tətbiqinə və istehsal prosesinin səmərəliləşdirməsinə xüsusi diqqət yetirir. "Gilan Holdinq" üç əsas biznes sahəsi üzrə fəaliyyət göstərir. Bunlar inşat, turizim, kənd təsərrüfatı, logistika və gündəlik tələbat malları (FMCG) sahələrini əhatə edir. Şirkət həmçinin idman klublarının, stadionların və təsislərin qurulmasına sərmayə qoyaraq, Azərbaycanda idman hərəkatının inkişafına töhfə verməyə çalışır. "Gilan Holdinq", eyni zamanda, həm şirkətə, həm də onun əməkdaşlarına qarşılıqlı fayda gətirən beynəlxalq filiallar da təsis edib.

Bütün xəbərlər Facebook səhifəmizdə