"Hərraclarda və Mərkəzi Bankın rəsmi məzənnələrində manat dollara nisbətən dəyər qazansa da, valyuta bazarında ABŞ dollarının bahalaşması müşahidə edilir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, son 10 gündə rəsmi məzənnədə hər 100 dollarda 40 qəpik bahalaşan milli valyutamız bu müddətdə valyuta bazarında 3 manatdan çox ucuzlaşıb: "Bu gün banklarda dolların alış kursu 1.70-ə yaxınlaşıb. Əslində, bazarda olan vəziyyət hərraclara da öz təsirini göstərməlidir. İqtisadi baxımdan, bazardan baha qiymətə dollar alan banklar hərracda da daha yüksək məzənnə ilə sifariş irəli sürməlidirlər.
Aydındır ki, dolların bahalaşması xarici valyutalara tələbin artması ilə bağlıdır. Bazarda tələbin yüksəlməsi isə mövsümü olaraq xarici səfərlərini planlaşdıran vətəndaşlarımızın xarici valyutaya tələbinin yüksəlməsi, büdcə xərcləmələrinin artması və Beynəlxalq Bankın xarici borc öhdəliklərinin restrukturizasiya planının bazara psixoloji təsirləri ilə əlaqədardır. Növbəti dövrdə məzənnənin necə dəyişməsi isə büdcə xərcləmələrinin və eləcə də manat bazasının səviyyəsi və nağdlaşdırmaya tətbiq edilən limitlərdən asılı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB