Millət vəkili: "Konqresin ləğvi hər iki ölkənin maraqlarına xidmət etmir" AÇIQLAMA
"Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib. Onun sözlərinə görə, Azərbaycanın Rusiya ilə bütün sahələrdə bərabər hüquqlara əsaslanan yüksək əməkdaşlıq münasibətləri var və bu münasibətlərin yaranmasında və möhkəmlənməsində Ümumrusiya Azərbaycanlılar Konqresinin əhəmiyyəti böyükdür: "Bu konqres öz işini çoxtərəfli və hər iki ölkənin maraqlarını nəzərə alaraq qurub. Azərbaycan və Rusiyanın çoxtərəfli, qarşılıqlı maraqlar əsasında yaxınlaşmasını istəməyən qüvvələr var. Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) qeydiyyatının ilkin məhkəmə instansiyalarında ləğv edilməsi bu qüvvələrin təxribat fəaliyyətinin nəticəsidir. Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi hər iki ölkənin maraqlarına xidmət etmir. Bu konqresin ləğvi üçün göstərilən əsaslar tam subyektiv olub (məsələn, "təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi", yaxud "rəyasət iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması"), hər hansı qurumun ləğvi üçün yetərli olmayan "dəlillərdir". Görünür, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışırlar. Ümid edirik ki, Rusiyanın sağlam qüvvələri bunu anlayaraq apellyasiya məhkəməsinin qərarında ədalətin bərpa olunmasına çalışacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB