SOCAR-ın Qaz Emalı Zavodunun əməkdaşları 9 May - Qələbə Günü ilə əlaqədar Qaradağ rayonunda yaşayan II Dünya müharibəsi veteranlarına baş çəkib, Böyük Vətən müharibəsi iştirakçılarını faşizm üzərində qələbənin 72-ci ildönümü münasibəti ilə təbrik edib, onlara hədiyyələr təqdim ediblər. SOCAR-dan SİA-ya verilən məlumata görə, görüşlər zamanı faşizm üzərində qələbənin əldə olunmasında azərbaycanlıların göstərdikləri igidlik və şücaətdən söz açılan, arxa cəbhədə Azərbaycan neftçilərinin əməyi xüsusi qeyd olunub. Vurğulanmışdır ki, Bakı nefti, Azərbaycan neftçilərinin fədakarlığı olmasaydı, bu müharibədə qələbə qazanmaq mümkünsüz olardı.
Müharibə və arxa cəbhə veteranları İsa İsmayıloğlu və Vəli Quliyev öz cəbhə həyatları və müharibədən sonrakı dinc əmək fəaliyyətləri barədə xatirələrini danışıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibə veteranlarına göstərdiyi daimi qayğıdan razılıqlarını ifadə etmiş, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB