“Qan ver, həyat xilas et!” TƏDBİR - SƏS TV

“Qan ver, həyat xilas et!” TƏDBİR - SƏS TV

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə YAP Səbail rayon təşkilatının təşəbbüsü, Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Talassemiya Federasiyası və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə Səbail rayonunda qanvermə aksiyası keçirilib. SİA-nın məlumatına görə, rayon partiya təşkilatının bütün üzvləri, rayon sakinləri, gənclər, rayonun bütün idarə-müəssisələrinin və rayon ictimaiyyətinin nümayəndələri gün ərzində YAP Səbail rayon təşkilatının qərargahına gələrək qan veriblər. Ümummilli Liderin əziz xatirəsinə həsr olunan bu xeyriyyə aksiyasında 150-yə yaxın rayon sakini iştirak edib. YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev talassemiya pasientlərinə göstərdiyi xüsusi diqqət və qayğıya görə Azərbaycan Talassemiya Federasiyası tərəfindən Fəxri Fərmanla təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə