“Azərbaycanşünaslığın aktual problemləri” elmi konfrans keçirilib TƏDBİR

“Azərbaycanşünaslığın aktual problemləri” elmi konfrans keçirilib TƏDBİR

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konfransın açılışı olub. SİA xəbər verir ki, BSU-da "Azərbaycanşünaslığın aktual problemləri" adlı VIII beynəlxalq elmi konfrans öz işinə başlayıb.

4 may 2017-ci il tarixdə Bakı Slavyan Universitetində (BSU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan "Azərbaycanşünaslığın aktual problemləri" adlı VIII beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabana gedərək Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, onun abidəsi önünə əkil, akademik Zərifə Əliyevanın məzarı önünə gül dəstələri qoyublar. BSU-nun Akt zalında baş tutan açılış mərasimində Azərbaycanın Dövlət himni səsləndirilib.

Sonra Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva konfrans iştirakçılarını salamlayaraq konfransın məqsədi, proqramı və iş prinsipi barədə iştirakçılara qısa məlumat verib. O, tədbirin əsasən Ümummmilli liderin geniş siyasi-elmi irsinin öyrənilməsinə, dövlətçilik təcrübəsinin araşdırılmasına, onun tərəfindən irəli sürülmüş azərbaycançılıq ideologiyasının tədqiqinə həsr edildiyini və artıq səkkizinci dəfə keçirildiyini bildirərək, qonaqları təqdim edib. N.Əliyeva dahi şəxsiyyətin qısa müddət ərzində müstəqil Azərbaycanı stabil, inkişaf etmiş qüdrətli bir dövlətə, regionun lider ölkəsinə çevirdiyini vurğulayıb. BSU-nun rektoru Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümummilli Liderin dövlətçilik ənənəsini daha da inkişaf etdirərək iqtisadi baxımdan güclü, siyasi-diplomatik baxımdan çevik, hərbi baxımdan qüdrətli bir Azərbaycan kimi dünyada tanınmasına nail olduğunu qeyd edib. O, Azərbaycan iqtisadi modelinin bu gün dünyanın bir çox dövlətləri tərəfindən öyrənildiyini dinləyicilərin diqqətinə çatdırıb. N.Əliyeva hazırda ölkənin birinci vitse-prezideninin Azərbaycanın dünyada xeyirxah missiyalı bir dövlət kimi tanınmasında mühüm rol oynadığını bildirib.

Sonra söz qonaqlara verilib. Tədbirdə iştirak edən AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli çıxışında Azərbaycanşünaslıq elminin tarixi köklərinə nəzər salaraq bu elmin müstəqillik dövründən bu günə qədər xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Millət vəkili Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində BSU-da keçirilən konfransın məhz Azərbaycanşünaslıqla bağlı olmasını ənənəvi hadisə kimi qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə