2017-ci ilin aprel ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 13983 metr qazma işi həyata keçirilib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, bu sahədə görülmüş işlərin 12210 metri istismara, 1773 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-aprel aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 49596 metr qazma işi görülmüşdür ki, bunun da 45619 metri istismara, 3977 metri isə kəşfiyyata aid olub.
2017-ci ilin aprel ayında qazmadan alınıb 6, il ərzində isə 23 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB