Moskva Banklararası Valyuta Birjasında bu gün aparılan əməliyyatlar zamanı ABŞ dollarının Rusiya rubluna qarşı məzənnəsi bu ilin əvvəlindən ən aşağı həddə düşüb.
Məzənnə 55,78 rubl/dollar həddinə enib, avronun məzənnəsi isə 7 qəpiklik bahalaşmadan sonra 60,64 rubla yüksəlib.
Xatırladaq ki, bundan əvvəl Rusiyada Amerika valyutasının məzənnəsi ilə bağlı 2017-ci ilin minimumu aprelin 5-də qeydə alınıb (55,8 rubl/dollar). Sonuncu dəfə Rusiyada dolları bu qiymətə 2015-ci il iyulin 3-də (55,4 rubl/dollar) almaq mümkün olub. Qeyd edək ki, London əmtəə birjasında "Brent" markalı neftin qiyməti iyun ayı üçün bağlanmış müqavilələr üzrə 0,95% artaraq 52,46 dollar/barelə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB