“Daşınar əmlakın yüklülüyü haqqında" qanun plenar iclasa tövsiyə olunub

“Daşınar əmlakın yüklülüyü haqqında" qanun plenar iclasa tövsiyə olunub

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsindin bu gün keçirilən iclasında "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, layihə haqqında məlumat verən komitə sədri Ziyad Səmədzadə bildirib ki, qanun layihəsi I oxunuşa Azərbaycan Prezidenti tərəfindən daxil edilib. Bir çox ölkələrdə mövcud olan "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsinin yüksək uğur gətirdiyini deyən komitə sədri sözügedən qanun layihəsinin MDB məkanında Özbəkistandan başqa heç bir ölkədə tətbiq edilmədiyini dilə gətirib.

Müzakirələrdə çıxış edən komitə üzvü Əli Məsimli söyləyib ki, qanun layihəsinə əsasən artıq ev əşyalarını girov qoyaraq kredit götürmək mümkün olacaq ki, bu da Azərbaycan mintalitetinə bir o qədər də uyğun deyil: "Burada məqsəd bankları sağlamlaşdırıb, onların kredit alıb-vermək qabiliyyətinin artırmağa yönəlib. Əslində "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin qanunvericiliyində yer alıb. Bu gün problemli kreditlərimizin sayı kifayət qədərdir. Bu baxımdan sözügedən qanun layihəsi bu məsələlərin həllinə yönələcəksə, onun qəbul etmək olar".

Deputat qanun layihəsinin dilinin anlaşılmaz olduğunu da dilə gətirib.

Deputat İlham Əliyev bildirib ki, qanun layihəsi əsasən rayon və kəndrlərdə yaşayan insanlar üçün nəzərdə tutulub6 " indiyədək banklar mal-qaranı girov qoymaqla kredit vermirdilər. Lakin yeniqanun layihəsinə əsasən bu cür problemlər aradan qalxacaq. Bu baxımdan qanun layihəsi mühüm əhəmiyyət kəsb edir".

Komitə üzvü Xanhüseyn Kazımlı da qanun layihəsinin dilinin çətinliyindən söz açaraq onun üzərində yenidən işlənməsini təklif edib.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə