"AXA MBASK" ın maliyyə vəziyyəti məlum oldu

"AXA MBASK" ın maliyyə vəziyyəti məlum oldu

"AXA MBASK" sığorta şirkəti 2017-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkətdən verilən məlumata görə, ümumi yığımların həcmi 1,3% artaraq 6 374 267 manat olub. 2016-cı ildə sığorta şirkəti 6 289 263 manat sığorta haqqı toplaya bilib.

Sığorta şirkətinin yığımları ilə yanaşı ödənişləri 30% artaraq 2 627 157 manat olub. 2016-cı ilin birinci rübündə sığorta şirkətinin ödəniş xərcləri 2 028 289 manat təşkil edib.

Sığorta şirkətinin zərərlilik göstəricisi bu ilin birinci rübündə nisbətən artıb. "AXA MBASK" ötən ilin ilk 3 ayında topladığı hər 100 manatdan 32 manatını ödəniş olaraq veribsə, bu ilin eyni dövründə bu rəqəm manat 41 manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə