DGK bu il dövlət büdcəsinə 571 milyon manat köçürüb

Dünya iqtisadiyyatında baş verən iqtisadi böhran, neft gəlirlərinin azalması və manatın devalvasiyasından sonra prezident İlham Əliyevin rəhbərliyi altında aparılan iqtisadi islahatlar daha da davamlı xarakter alıb". SİA xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Caspian Energy Forum-2017"-də çıxışı zamanı Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, ölkə başçısı son dövrlər gömrük sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı bir sıra mühüm fərman və sərəncamlar imzalayıb. DGK-nin təşkil etdiyi xidmətlərin elektronlaşdırılma səviyyəsi 100%-dir.

A.Əliyev daha sonra qeyd edib ki, artıq sərhədlərdə və hava limanlarda "Tax free" sisteminin tətbiq edilir, artıq ölkəni tərk edən turistlər sərbəst şəkildə qəbzlərini təqdim edərək ƏDV-ni geri ala bilirlər.

O əlavə edib ki, cari ilin ilk rübündə DGK xətti ilə dövlət büdcəsinə 571 milyon manat vəsait köçürülüb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 154 milyon manat çoxdur: "Göründüyü kimi, gömrük orqanları büdcə proqnozlarını artıqlaması ilə əməl edib".

Bütün xəbərlər Facebook səhifəmizdə