AZN məzənnələri açıqlandı

Aprelin 11-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi aprel ayının 10-u ilə müqayisədə dəyişməyərək 1,7031 manat olub. Avro/manat məzənnəsi isə 1.8033 manata qalxıb. Aprelin 10-da 1 dollar 1,7031 manata, 1 avro isə 1.8029 manata bərabər idi. Qeyd edək ki, dünən banklarda dolların alış qiyməti 1.60 manatadək, satış qiyməti isə 1.65 manatadək düşmüşdür.

Bütün xəbərlər Facebook səhifəmizdə