Neftimiz bahalaşır

Dünya birjalarında neft ucuzlaşıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,09 dollar və ya 0,17% azalaraq 52,99 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,05 dollar və ya 0,09% azalaraq 55,93 dollar olub.

Azərbaycan neftinin də bahalaşması davam edir. Belə ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,85 dollar və ya 1,54% artaraq 56,16 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə