Paytaxtın maşın bazarında bu həftəsonu canlanma yaşanıb. Bazarda alan da çox, satan da. Satıcılar bildirir ki, qiymətlərdə artım müşahidə olunur. Özü də bu artım kiçik həcmdə yox, min manatlarla ölçülür.
Bazarda maşın almaq üçün gələnlər çox olsa da qiymətlərin bahalaşması səbəbindən arzuladıqları maşınları tapmaqda çətinlik çəkdiklərini bildirilər.Alıcılar da öz növbəsində qiymət artımının min manatdan daha çox olduğunu deyirlər.
Bazarda ən çox satılan avtomobillər isə ənənəvi olaraq yenə də Almaniya istehsalı olan maşınlardır. Xaricdən yeni gətirilən avtomobillərin qiyməti həddən artıq baha olduğuna görə isə bazarda tələbat əsasən ikinci əl maşınlaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB