Maksimal sürət həddi yenidən bərpa olunub

Maksimal sürət həddi yenidən bərpa olunub

Dünən Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar iki əsas magistral yolda azaldılan maksimal sürət həddi yenidən bərpa olunub.

SİA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, aprelin 9-da paytaxtda yağan güclü yağışla əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürət həddi azaldılıb. Belə ki, Heydər Əliyev prospekti boyunca - mərkəzdən Bilgəh istiqamətində, eləcə də əks istiqamətdə, həmçinin Zığ dairəsindən hava limanı və əks istiqamətdə bütün zolaqlar üzrə maksimal sürət həddi saatda 20 kilometr endirilib. Bu gün səhər saatlarından etibarən isə sürət həddi yenidən bərpa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə