Hərracda dolların məzənnəsi 1.70 manatadək ucuzlaşıb

Hərracda dolların məzənnəsi 1.70 manatadək ucuzlaşıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. AMB-dən SİA-ya verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7031 səviyyəsində formalaşıb. Qeyd edək ki, AMB bu günə USD/AZN rəsmi məzənnəsini 1,7140 səviyyəsində müəyyən edib. Beləliklə, manat dollara nisbətən 0,6% möhkəmlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə