Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq, sahibkarlara dəstək məqsədilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. SİA-nın məlumatına görə, İstehlak Mallarının Ekspertizası Mərkəzinin və onun regional bölmələrinin inzibati binalarında hər həftənin 3-cü günü saat 10:00-dan 17:00-dək, regional bölmələrin fəaliyyəti ilə bağlı yaranan məsələlərin həlli məqsədi ilə Abşeron və Lənkəran regional bölmələri üzrə Mərkəzin inzibati binasında hər ayın son 5-ci günü, Quba-Xaçmaz regional bölməsi üzrə Xaçmaz şəhərində yerləşən İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində hər ayın son 2-ci günü, Gəncə-Qazax, Aran və Şəki-Zaqatala regional bölmələri üzrə Yevlax şəhərində yerləşən İqtisadiyyat Nazirliyinin Aran Regional İnkişaf Mərkəzində hər ayın son 4-cü günü saat 11:00-dan 15:00-dək "Açıq qapı" günləri təşkil ediləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB