Dünya birjalarında neftin qiymətində bahalaşma qeydə alınıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar və ya 0,44% artaraq 49,73 dollar təşkil edib. Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,13 dollar və ya 0,25% artaraq 52,55 dollar olub.
Azərbaycan neftinin qiyməti də artmaqda davam edir. Belə ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,54 dollar və ya 1,03% artaraq 53,03 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB