Qazaxıstan rəsmisi: “Böyük İpək yolu” pilot turizm layihəsi işə salınacaq

Qazaxıstan rəsmisi: “Böyük İpək yolu” pilot turizm layihəsi işə salınacaq

Bu ilin aprelində Türk Şurası çərçivəsində Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstandan keçən "Böyük İpək yolu" pilot turizm layihəsi işə salınacaq. Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Turizm Sənayesi Departamentinin direktoru Marat İqaliyev öz "Facebook" səhifəsində yazıb. M.İqaliyevin sözlərinə görə, bu layihə 12 gün davam edəcək.

O qeyd edib ki, marşrutun Qazaxıstan hissəsində turistlər Almatıya gələcək və burada Şımbulak dağ-xizək kurortuna, Koktobe və Kolsaya baş çəkəcək. Daha sonra onlar 2017-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş qədim Türküstan şəhərinə gedəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə