Azər Mehdiyev: "Problemli kreditlərin həcmi artıb"

Azər Mehdiyev: "Problemli kreditlərin həcmi artıb"

Problemli kreditlərin məhz kredit kartları hesabına artması inandırıcı deyil. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Azər Mehdiyev deyib.

Onun sözlərinə görə, problemli kreditlərin kredit kartları hesabına artması məsələsi iki istiqamətdə xarakterizə olunur: "Birincisi, borc alanların aylıq əmək haqqı məsələsidir. İkincisi, isə banklar kreditləri verərkən onların alıcılıq qabiliyyətlərini nəzərə almalıdır. Son illər baş verən hadisələr nəticəsində kredit verilərkən bank mütəxəssisləri tərəfindən müştərinin maliyyə vəziyyətinin düzgün qiymətləndirilməməsi, kredit təşkilatlarını bir çox problemlərlə üz-üzə qoydu. Belə ki, müştərinin maliyyə resursları dərindən təhlil edilmədən, o cümlədən möhkəm girov təminatı olmadan verilən kreditlər problem yaradırdı. Aylıq kredit ödənişlərinin gecikdirilməsinin digər səbəbi 2015- ci ildə və daha sonra baş verən dolların devalvasiyaya uğraması oldu. Baş vermiş dəyişiklik insanların kreditləri zamanında ödəyə bilməməsinə gətirib çıxardı. Problemli kreditlərin sayı azalmağın əksinə, artmaqda davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə