“Neft Daşları”nda yeni quyu qazılır

“Neft Daşları”nda yeni quyu qazılır

"Neft Daşları" yatağındakı 1954A nömrəli meydançadan 2689 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

SOCAR-ın "Azneft" İstehsalat Birliyi "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 430 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə