BVF Yunanıstan qarşısında şərt qoydu: Vergi sistemini yenidən qur
Beynəlxalq Valyuta Fondunun (BVF) illik məruzəsində qeyd edilib ki, Yunanıstan öz iqtisadi problemlərini həll etmək üçün vergi sistemini əsaslı şəkildə yenidən qurmalıdır. Bu barədə "vergiler.az" saytı məlumat yayıb. Xəbərdə deyilir ki, məruzədə əvvəlki illərdə edilmiş tövsiyələrə də yer verilib. Fondun açıqlamasına görə, Yunanıstan öz vergi bazasını genişləndirməli, həmçinin vergidən yayınma hallarına qarşı mübarizəni gücləndirməli, vergi inzibatçılığını təkmilləşdirməli, eləcə də vergi borclarına daha səmərəli nəzarət etməlidir.
Qeyd edilib ki, Yunanıstanın vergi sistemi orta gəlirli işçilərə vergi yükünün məqbul səviyyədən xeyli aşağı qoyulduğuna və aşağı gəlirli insanlardan əhəmiyyətli dərəcədə çox vergi tutulduğuna görə, qeyri-səmərəli və ədalətsizdir. Məruzədə göstərilib ki, ölkənin səmərəsiz vergi sistemi vergi daxilolmalarının kəmiyyətcə artmasına gətirib çıxarıb. Ölkə iqtisadiyyatının həcmi ilə müqayisə etdikdə, vergi daxilolmaları Avropada ən yüksək göstəricilərdəndir və vergi dərəcələri hələ də artmaqdadır.
BVF-nin məruzəsində vurğulanıb ki, ölkənin vergi orqanı öz diqqətini vergilərin "lazım olduğu qədər artımı" deyil, ardıcıl artımı üzərində cəmləşdirməlidir. Çünki "lazım olduğu qədər artımı" sonradan davam etdirmək mümkün olmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB