“Yaşıl çay” fermer təsərrüfatında budama işlərinə start verilib FOTOLAR
"Yaşıl çay" fermer təsərrüfatı MMC-nin çay plantasiyalarında yeni məhsul ilinə hazırlıq görülür. SİA-nın məlumatına görə, mart ayının 1-dən başlayaraq təsərrüfarda çay kollarının budanmasına start verilib. Təsərrüfatın rəhbəri Araz Yağubovun sözlərinə görə, avaların əlverişli keçməsindən istifadə edərək artıq budama işlərinə başlamışıq. Ümumilikdə mövcud 61 hektar sahədə budama işlərinin aparılması nəzərdə tutulur. 41 hektar məhsul verən plantasiyalarda normal şərtlərə uyğun , qalan 20 hektar cavan çay sahələrində isə yüngül formada budama aparılacaq. Daha çox məhsul əldə etmək üçün budamanın keyfiyyətli aparılması vacib şərtlərdəndir. Çay plantasiyalarında kolların budanması aqrotexniki qulluğun ilkin mərhələsi hesab olunur. Bununla yeni yarpaqların cücərməsi prosesi sürətləndirilir və bol məhsulun əsası qoyulur. Kolların budanması zamanı 35 nəfərə yaxın fəhlə mövsümi işlə təmin olunub. Yaşıl çay yarpağı yığımı zamanı isə daha çox adam işə cəlb olunacaq. Məhsul yığımına isə may ayının əvvəlindən başlanacaq. Plantasiyalarda 5-6 dəfə yığım aparmaq mümkün olacaq.
Əlavə edək ki, təsərrüfatda cari ilin payızında daha 30 hektarda yeni çay plantasiyası və mövcud sahələrdə seyrəkliyin aradan qaldırılması nəzərdə tutulub. Bu məqsədlə 1 hektara yaxın sahədə tinglik salınacaq.
"Yaşıl çay" FT MMC-də ilk dəfə 2015-ci ildə seçmə üsulu ilə yaşıl çay yarpağı yığımına başlanıb. 2016-cı ildə isə 41 hektar çay plantasiyasından 90 ton yüksək keyfiyyətli yaşıl çay yarpağı toplanıb. A.Yağubov əlavə edib ki, bu il ötən ildən daha çox məhsul toplanması üçün hər cür şərait yaradılıb. Bol məhsul təsərrüfatın gəlirlərinin artması, işçilərin rifah halının daha da yüksəlməsi deməkdir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB