Musa Quliyev: “Azərbaycan beynəlxalq siyasətin qurucularından biridir”

Musa Quliyev: “Azərbaycan beynəlxalq siyasətin qurucularından biridir”

"Pakistanın paytaxtı İslamabadda keçirilən sammitdə Cənab Prezidentin iştirakı və çıxışı tək islam dünyasında deyil, beynəlxalq aləmdə də maraqla qarşılanıb". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycan regional əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfə verib: "İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan bütün dövlətlərlə gözəl münasibətə malik olan Azərbaycan, tərəfdaşları ilə istər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə iqtisadi əlaqələrini möhkəmləndirib. Ölkəmiz müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir və yüksək qiymətləndirilir. Elə bunun nəticəsidir ki, Azərbaycan 2017-ci ili "İslam Həmrəyliyi İli" elan edib və iki aydan sonra da Bakı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəkdir. Eyni zamanda, bu sammitdə Dağlıq Qarabağ konfilikti ilə bağı Azərbaycan Prezidentinin və Türkiyə Prezidentinin söylədiyi fikirlər diqqətəlayiqdir. Bu fikirlər beynəlxalq medya nümayəndələri tərəfindən də analiz olunur və yüksək qiymətləndirilir".

Musa Quliyev sonda qeyd edib ki, bir daha bu konfrans göstərdi ki, Azərbaycan güclü, ədalətli dövlət olmaqla yanaşı, beynəlxalq siyasətin qurucularından biridir. İslam konfransı Azərbaycanın regional siyasətdə, istərsə də iqtisadi-humanitar müstəvidə inkisafının göstəricisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə