Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Xorvatiyadan (habelə Balkan region üzrə) nümayəndəliyi təsis edilib. SİA-ya ASK-nın mətbuat xidmətinən verilən məlumata görə, Xorvatiyada fəaliyyət göstərən tanınmış iş adamı Yusif Eyyubov nümayəndəliyin rəhbəri vəzifəsinə təyin edilib. Nümayəndəlik, Balkan ölkələri və Azərbaycan Respublikasının biznes icmaları arasında səmərəli iqtisadi əlaqələrin inkişaf etdirilməsi, yeni imkanların, ticarət və investisiyaların təşviq olunması, ticarət, sənaye və kənd təsərrüfatı və s. ikitərəfli əlaqələrin genişlənməsi məqsədi ilə yaradılıb. Nümayəndəlik tərəfindən yaxın perspektivdə iki ölkənin iş adamları arasında əməkdaşlığın genişlənməsi, tərəfdaşların axtarılıb tapılması, müxtəlif ölkələrdə investisiya imkanlarının araşdırılması istiqamətində konkret tədbirlərin təşkili planlaşdırılır.
Qeyd edək ki, bununla da ASK-nın xarici ölkələrdə 16 nümayəndəsi oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB