Nazir:" İran Azərbaycan iqtisadiyyatına 2,7 milyard dollar investisiya qoyub"
"İran Azərbaycanın qeyri-neft sektoruna investisiyanı genişləndirmək niyyətindədir". SİA-nın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev mətbuat konfransında deyib:
"Bildiyiniz kimi, İran Azərbaycan iqtisadiyyatına 2,7 milyard dollar investisiya qoyub, amma bunun böyük hissəsi neft sektorunun payına düşür. Artıq İran şirkətləri həmin investisiyadan 1,7 milyard dollar gəlir əldə ediblər. Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi isə hələki tərəfləri qane etmir. Ona görə də biz qeyri-neft sektoruna investisiya qoyuluşunu artırmaq niyyətindəyik"- deyə nazir qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB