Cənub Qaz Dəhlizi həm 40 milyard dollaradək dəyəri, həm də seqmentlərini təşkil edən layihələrlə dünyanın, əsasən də Avropanın maraq dairəsindədir. Bu sözləri fevralın 23-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısına həsr olunan mətbuat konfransında energetika naziri Natiq Əliyev deyib.
Nazir bildirib ki, bu gün Avropanın bir çox ölkəsinin diqqəti Bakıdadır. Cənub Qaz Dəhlizi həm 40 milyard dollaradək dəyəri, həm də seqmentlərini təşkil edən layihələrlə dünyanın, əsasən də Avropanın maraq dairəsindədir.
Toplantıda iştirak edən müxtəlif maliyyə qurumlarının rəhbərləri layihəni dəstəklədiklərini və vəsait ayırmaqda maraqlı olduqlarını bildirdilər. Həmçinin də "Cənub Qaz Dəhlizi"nin seqmentləri - Cənubi Qafqaz Boru Kəməri, "Şahdəniz-2" TANAP və TAP-ın icra vəziyyəti və gələcəkdə görüləcək işlər nəzərdən keçirildi. Bu layihələr Avropa Komissiyası tərəfindən daim dəstəklənir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB