"Bu gün elə bir ölkə yoxdur ki, "Cənub Qaz Dəhlizi" layihəsi ilə maraqlanmasın. Bu gün Avropanın gözü bizdədir. SİA-nın xəbərinə görə, bunu energetika naziri Natiq Əliyev "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclası çərçivəsində Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə birgə keçirdikləri mətbuat konfransında deyib. Onun sözlərinə görə, bütün Avropa ölkələri birmənalı olaraq Azərbaycanın gördüyü işləri yaxından izləyir: "Cənub Qaz Dəhlizi" ilə bağlı təşəbbüs Prezident İlham Əliyevə məxsusdur.Bu ideya Avropa Komissiyası tərəfindən yüksək qiymətləndirilib. Bunun nəticəsidir ki, bu gün artıq layihə ilə bağlı Məşvərət Şurasının III iclası keçirildi". Nazir bildirib ki, layihənin maliyə dəyəri 40 milyarddır: "Bu layihənin tərkibində bir neçə layihə də reallaşır. Bir neçə ildir ki, biz dünyada gedən iqtisadi qlobal böhranla üzləşirik. Belə bir şəraitdə bu layihənin keçirilməsi böyük səy tələb edir. Bugünkü iclasda hazırkı vəziyyət müzakirə olunmaqla yanaşı, "Şahdəniz 2", TANAP və TAP layihələrinin məsul şəxsləri bu layihələrlə bağlı ətraflı məlumat verərək, çətinliklər haqqında məruzə ilə çıxış etdilər". N.Əliyev qeyd edib budəfəki iclası digərlərindən fərqləndirən cəhət ölkələrin sayının çox olmasıdır: "Layihənin həyata keçirilməsində ən mühüm məsələ maliyyədir ki, bugünkü iclasda Dünya Bankının, Asiya İnkişaf Bankının ümayəndələri də layihə ilə bağlı öz fikirlərini bildirərək, dəstək olacaqlarını qeyd etdilər. İcıasda həmçinin gələcək məsələlər də müzakirə olunub. İlk qaz "Şahdəniz 2"layihəsi çərçivəsində 2018-i ildə Türkiyəyə, 2020-ci ildə Avropaya nəql olunacaq. Amma işlər bununla bitməyəcək. Albaniyadan Balkana qədər yeni qaz kəmərinin çəkilməsi nəzərdə tutulur. Avropa Komissiyası bu layihələri dəstəkləyir, onlar maliyyələşir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB