Hərrac keçiriləcək

Fevralın 3-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

SİA-nın verdiyi məlumata görə, istiqrazların ümumi həcmi 15 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 364 gün, ödəmə tarixi gələn il fevralın 2-sidir.

"PAŞA Kapital" İŞ QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə