Zərdab-Şıxbağı-Qışlaq sahəsində çöl işləri aparılıb

Zərdab-Şıxbağı-Qışlaq sahəsində çöl işləri aparılıb

"Azneft" İstehsalat Birliyinin sifarişi əsasında Geofizika və Geologiya İdarəsinin Kəşfiyyatgeofizika İstehsalat Bölümü tərəfindən Yevlax-Ağcabədi neftli-qazlı rayonunun Zərdab-Şıxbağı-Qışlaq sahəsində seysmik, qravimetrik və maqnitometrik üsullarla tədqiqat işləri həyata keçirilib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, 178,5 kvadrat kilometrlik sahədə seysmik, 345 xətti kilometr həcmində qravimetrik və 345 xətti kilometr həcmində maqnitometrik çöl işləri aparılıb, əldə olunan materiallar emal və interpretasiya edilib. İşlər ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmaqla aparılıb.

Zərdab-Şıxbağı-Qışlaq sahəsində alınmış məlumatların kompleks təhlili əsasında ərazinin geoloji quruluşu dəqiqləşdirilib, sahənin neftlilik-qazlılığı proqnozlaşdırılıb, müxtəlif horizontlar üzrə struktur xəritələr qurulub, kəşfiyyat quyusunun qazılması üçün yerlər tövsiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə