Ləki-Malay mənzilində 10 kilometr yolun əsaslı təmirinə start verilib
Dəmir yolunun Ləki-Malay mənzilində 10 kilometr yolun əsaslı təmirinə start verilib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, əsaslı təmir işlərini 11 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi Şamil Cəfərovun verdiyi məlumata görə, təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.
Xatırladaq ki, 2015-ci il aprelin 14-də "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL" şirkətlər qrupu arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 220 kilometr dəmir yolu əsaslı təmir olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB