"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsi hazırlanır. SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
O bildirib ki, qanun layihəsi Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin yaz sessiyasının gündəliyinə salınıb: "Hazırda qanun Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanır və may ayında müzakirəyə çıxarılması nəzərdə tutulur. Düzdür, kənd təsərrüfatının sığortalanması ilə bağlı qanun var, lakin sənəd günün tələbələrinə cavab vermir. Bu baxımdan bu sahədə sığorta sisteminin tətbqi üçün müasir dövrün tələblərinə cavab verən yeni qanuna ehtiyac var. Odur ki, hazırda qanun layihəsi üzərində iş gedir və bu layihə may ayınadək hazır olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB