Dünya İqtisadi Forumu: "Ermənistan iqtisadi cəhətdən ən geridə qalmış ölkələrdəndir"

Dünya İqtisadi Forumu: "Ermənistan iqtisadi cəhətdən ən geridə qalmış ölkələrdəndir"

Ermənistan iqtisadi cəhətdən dünyanın ən geridə qalmış ölkələrindəndir. Bu barədə məlumat Dünya İqtisadi Forumunun hesabatında yer alıb.

Hesabatda Ermənistanın region ölkələri içərisində iqtisadi göstəricilərinə görə 40-50 pillə geridə qaldığı bildirilir. Bunun bir səbəbi ixrac qabiliyyətli məhsulların istehsalının zəif olmasıdır. Bu iqtisadiyyatın inkişafında əsas şərtlərdən biridir. Üstəlik Ermənistanın Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna rekord həddə borcu var.

Digər tərəfdən isə Ermənistana yatırılan xarici sərmayələrin həcmi ildən-ilə azalır. Erməni iqtisadçıları bunun günahını hakim rejimdə görürlər. Sənayeçilər və İşəgötürənlər İttifaqının direktoru Qaqik Makaryan sərmayəçilər üçün ənənəvi maneələrin hələ də mövcud olduğunu bildirib. Bu səbəbdən iqtisadiyyatı getdikcə tənəzzülə uğrayan Ermənistana sərmayə qoymağa ehtiyat olunur.

Məlumata görə son bir ildə ölkəyə cəmi 1 milyon 900 min dollar məbləğində birbaşa investisiya daxil olub ki, bu da əvvəlki illə müqayisədə 5 dəfə azdır. Ekspertlər qarşıdakı illər üçün bədbin proqnozlar verirlər. Bunun isə onsuz da böhran içində olan Ermənistan iqtisadiyyatına ciddi zərər vuracağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə