Qanunsuz tikililərlə bağlı əsas problem AÇIQLANDI

Qanunsuz tikililərlə bağlı əsas problem AÇIQLANDI

Millit Məclisin regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə qanunsuz tikililərlə bağlı əsas problemi açıqlayıb. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlama verən komitə sədri bildirib ki, Bakıda və Abşeron yarımadasında tikilən qanunsuz evlərin çoxu torpaq, əmlak və digər vergilərə cəlb olunsalar da, onlar hələ rəsmiləşdirilməyiblər.

Problemin səbəblərini açıqlayan A. Rəhimzadə qeyd edib ki, bəzən bələdiyyələr torpaqların onlara və ya başqalarına məxsus olduğunu bilmirlər: "Bəzən bələdiyyələr torpağın ona, yaxud başqa bələdiyyəyə məxsus olduğunu bilmir və bu da qanunsuz tikililərlə bağlı problem yaradır. Artıq bələdiyyələrin əraziləri dəqiqləşdirilib, xəritə veriləndən sonra onlar biləcək ki, bu torpaq onun ərazisidir ya yox. Xəritələrlə bağlı işlər gedir onlar tam müəyyənələşdikdən sonra problemlərin həlli asanlaşacaq. Buna görə bələdiyyələri təqsirləndirmək də olmaz, bir çox bələdyyələr indiyə qədər əraziləri haradır, xəritələri harada başlayır, harada qurtarır, bu barədə məlumatları yoxdur ".

Komitə sədri əlavə edib ki, bələdiyyələrin xəritələrinin əksəriyyəti hazırlanaraq Reyestr Xidmətinə verililib: "Ümumilikdə, 59 rayonda ərazilərlə bağlı mübahisələr var. Həmin mübahisələr həll edildikdən sonra bələdiyyələr hansı əraziyə sərəncam verəcəklərini biləcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə