“Prezidentin fərmanı bütövlükdə bu sistemin effektivliyinin artırılmasına yönəlib” Millət vəkili

“Prezidentin fərmanı bütövlükdə bu sistemin effektivliyinin artırılmasına yönəlib” Millət vəkili

"Dövlətin sosial xərclərinin əsas məqsədlərindən biri sosial qayğıya və təminata ehtiyaca olan vətəndaşlara həyat şəraitinin təmin olunmasında yardım etməkdir". Bunu SİA-ya millət vəkili Tahir Mirkişili Prezidentin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanını şərh edərkən bildirib. O deyib ki, sosial xərclərin əsas effektivliyi ilə onların ünvanlılığı arasında birbaşa asılılıq var: "Bu baxımdan ölkə başçısının fərmanı ilə dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin olunması məqsədilə atılan addım bütövlükdə bu sistemin effektivliyinin artırılmasına yönəlib. Bu mexanizm həm də qarşılılıqlı hesablaşmalar sistemində əməlliyat xərclərinin azalmasına, vaxt itkisinin qarşısının alınmasına və çevikliyin artırılmasına səbəb olacaq. Beləliklə də maliyyə idarəetməsində nail olunan əlavə effektivliyin nəticəsində əldə olunan qənaət hesabına gələcəkdə məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək üçün daha çox iş görmək mümkün olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə