Hanoy-Bakı birbaşa hava reysi açıla bilər

Hanoy-Bakı birbaşa hava reysi açıla bilər

Vyetnam hər zaman Azərbaycanla əlaqələrin dərinləşməsinin tərəfdarı olub. SİA "Viet Nam News" agentliyinə istinadən xəbər verir ki, bunu Vyetnam prezidentri Çan Day Kuanq Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşündə deyib.

İkitərəfli iqtisadi, ticarət və investisiya əlaqələrinin inkişafı üçün tədbirlərin müzakirəsi zamanı prezident iqtisadi-ticarət və elm-texnologiya məsələləri üzrə hökumətlərarası komissiyanın ilk iclasının nəticələrinin həyata keçirilməsinin sürətləndirilməsini təklif edib.

Çan Day Kuanq Azərbaycanın Vyetnam Dövlət Neft-qaz Şirkətinə ölkədə mövcud olan çox sayda neft-qaz yataqlarının işlənməsi ilə bağlı köməyini davam etdirməyi arzuladığını vurğulayıb. Həmçinin, əlavə edib ki, Azərbaycan məhsullarının bu ölkəyə gətirilməsi üçün əlverişli şərait yaratmağa hazırdırlar. İki ölkə arasında mal dövriyyəsinin artırılması üçün Vyetnam balıq, elektronika və kompyuter məhsullarının Azərbaycana ixrac etməyə hazırdır. Vyetnam prezidenti eyni zamanda, turizm, mədəniyyət, təhsil kimi sahələrdə də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, iki ölkə arasında birbaşa aviareyslərin açılması məsələsinə baxlmasının vacibliyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə