“Azərbaycan Davos Forumunda mühüm tərəfdaş kimi qarşılanır” Millət vəkili
"Davos İqtisadi Forumu dünyanın ən nüfuzlu iqtisadi tədbiridir. Bu forumda aparıcı ölkələrin liderləri, nüfuzlu iş adamları, siyasi xadimlər bir araya gələrək öz dövlətləri, region və bütün dünyanın iqtisadi əlaqələrinə yenidən baxırılar". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib. O bildirib ki, bu tədbir əlaqələrin daha optimal şəkildə qurulması, hər kəsə xeyir verəcək layihələrin ortaya çıxması və müqavilələrin bağlanması ilə şərtlənir: "Davosda on il ərzində uğurla iştirak edən nüfuzlu şəxslərə fəxri mükafat da təsis olunub. Sevindirici haldır ki, Azərbaycan Prezidenti bu mükafatı alanlar arasındadır. Davosda Azərbaycanın çox mühüm yeri var, ölkəmiz orda vacib tərəfdaş kimi qarşılanır. Dövriyyəsi milyardlarla dollar olan böyük şirkətlərin rəhbərləri Azərbaycana maraq göstərir, iqtisadi cəhətdən inkişaf edən dövlətlərin liderləri Azərbaycanın dövlət başçısı ilə görüşür, müəyyən müqavilələr imzalanır, layihələr müzakirə edilir".
Millət vəkili əlavə edib ki, Davosda təkcə iqtisadi düşüncələr bölüşülmür, həm də siyasi məsələlər həll olunur: "Həmçinin, mədəni və digər əlaqələrin qurulması məsələləri nəzərən keçirilir. Bu mənada Davosda Azərbaycan Prezidentinin ardıcıl olaraq böyük nümayəndə heyəti ilə iştirakı, dünyada tanınmış siyasi xadimlərlə, biznes elitası ilə görüşləri, həmin görüşlər nəticəsində ortaya çıxan layihələr, müqavilələr Azərbaycanın bir tərəfdən beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması və nüfuzunun güclənməsini şərtləndirir, digər tərəfdən ölkəmiz özü üçün çox gərəkli olan iqtisadi layihələrə imza atır. İndi Azərbaycan öz iqtisadi-sosial inkişafının yeni mərhələsini, post-neft dövrünü yaşayır və belə bir zamanda bizim Davosda olmağımız, yeni əlaqələr qurmağımız, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı Prezidentin imzaladığı 11 yol xəritəsinin reallaşmasına dair heç şübhəsiz ki, orda maraqlı görüşlər keçiriləcək, təkliflər olacaq. Azərbaycan öz məhsullarını dünya bazarlarına çıxarılmasında bu yoldan da uğurla istifadə edəcək. Davos Forumu həm də ölkələrin inkişaf göstəricilərini, reytinqlərini müəyyən edən faktorlardan biridir. Bu mənada Davosda iştirakımızın səbəblərindən biri də Azərbaycanın daim dünya çapında öz göstəricilərini yaxşılaşdırması ilə bağlıdır. Bütövlükdə Davos Forumu çox əhəmiyyətli tədbirdir və orda Azərbaycanın hər il dövlət başçısı səviyyəsində təmsil olunması ölkəmizin dünya birliyinə inteqrasiyasını daha da möhkəmləndirir, iqtisadi əlaqələrimizi davamlı və etibarlı edir, eyni zamanda yeni tərəfdaşlar tapmaqda layihələr həyata keçirməkdə bizə kömək göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB