"Bölgədəki münaqişələr MDB ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərir"
"Bölgədə olan geosiyasi münaqişələr, eləcə də Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması MDB ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərir". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə beynəlxalq Moody 's Investors Service reytinq agentliyinin məlumatında qeyd olunur.
Agentliyin proqnozlarına görə, bu il regionun iqtisadi inkişafında 2 faiz, 2018-ci ildə isə 3 faiz artım olacaq.
"Geosiyasi münaqişələr MDB ölkələrinin iqtisadiyyatında əsas çəkiyə malik olacaq. Ukraynada baş verənlərə görə, Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsi, eləcə də Dağlıq Qarabağ zonasında gərginliyin artması mənfi təsirlərini göstərir. 9 MDB ölkəsi öz qonşuları ilə münaqişə şəraitindədir" - deyə, məlumatda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB