Azərbaycan Dövət Neft Şirkəti (SOCAR) qurumun kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun istintaqa cəlb olunması ilə bağlı açıqlama yayıb. SİA-nın SOCAR-a istinadən verdiyi xəbərə görə, məlumatda deyilir: "Yanvarın 11-də bir sıra elektron kütləvi informasi vasitələrində SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun guya istintaqa cəlb olunması ilə bağlı məlumat yayılıb. Rəsmi şəkildə bildiririk ki, bu məlumat tamamilə əsassızdır. SOCAR-ın heç bir vitse-prezidenti heç bir cinayət işi üzrə istintaqa cəlb edilməyib. Bildiririk ki, həqiqətə uyğun olmayan məlumatlar yayan sayt rəhbərlərini Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq məsuliyyət daşıyırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB