21 min 795 hektar buğda əkilib

İsmayıllı taxılçıları əlverişsiz keçən hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, cari ilin məhsulu üçün payızlıq taxıl səpinini başa çatdırıblar.

Rayon icra hakimiyyətindən SİA-ya verilən xəbərər görə, taxılçılar 28 min 391 hektarda səpin aparıblar. Əkin sahələrinin 21 min 795 hektarı buğda, 6 min 459 hektarı arpadır. 130 hektarda çovdar əkilib.

Rayonda ən çox səpin daha geniş imkanlara malik olan Qubaxəlilli, Kürdmaşı, Kəlbənd, Hacıhətəmli, Gəraybəyli və bir sıra digər ərazi vahidlərində aparılıb.

Artıq ilkin əkin keçirilən sahələrdə normal çıxış alınıb. Zərərvericilərin müşahidə olunduğu ərazilərdə mübarizə tədbirləri görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə