Neftimiz bahalaşıb 56,28 dollar

Dünya birjalarında neftin qiymətində ucuzlaşma qeydə alınıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,04 dollar azalaraq 53,72 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,05 dollar azalaraq 56,84 dollar olub.

Azərbaycan neftinin qiymətində isə artım müşahidə olunur. Belə ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,31 dollar və ya 0,55 faiz artaraq 56,28 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə