Strateji Yol Xəritəsi: “Airbus” və “Embraer” tipli köhnəlmiş təyyarələrin yenilənməsi nəzərdən keçiriləcək
2020-ci ilədək olan dövrdə danışıqlar aparılmaqla "Airbus" və "Embraer" tipli köhnəlmiş təyyarələrin yenilənməsi nəzərdən keçiriləcək. Bu barədə "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi"ndə deyilir.
Sənəddə qeyd edilir ki, aidiyyəti qurumlar beynəlxalq və yerli təyinatlı hava limanlarının infrastrukturunun təkmilləşdirilməsi üçün qısa və uzunmüddətli planlar hazırlayacaq, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportunda infrastruktur imkanlarının genişləndirilməsini həyata keçirəcəklər. Görüləcək tədbirlərdə regionların strateji inkişaf tələbləri də nəzərə alınacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB