Mərkəzi Bank hərrac keçirəcək

Dekabrın 28-də Bakı Fond Birjasında Azərbaycan Respublikası Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən SİA-ya bildiriblər ki, hərrac zamanı sifarişlərin toplanması fondun ticarət reqlamentinə uyğun olaraq saat 11.00-dan 12.30-dək həyata keçiriləcək. Hərraca çıxarılan notların həcmi 50 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar 2017-ci il yanvarın 25-də ödəniləcək.

Mərkəzi Bank qısamüddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən, hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır.

Hərrac zamanı notların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə