Yeni quyu istismara verilib

"Azneft" İstehsalat Birliyinin sifarişi ilə "Qərbi Abşeron" yatağındakı 20 nömrəli stasionar dəniz özülündən 29 nömrəli quyu qazmadan sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, quyu qirməki lay dəstəsindən elektrikli dalma nasosu üsulu ilə məhsul verib, hazır süzgəclər endirilməklə (769-651 metr intervaldan) sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "Abşeronneft" neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə