"Rusiya regionun təhlükəsizliyinin qarantıdır" Yaqub Eyyubov
Rusiya regionun təhlükəsizliyinin qarantıdır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov Rusiya-Azərbaycan ticari-iqtisadi məsələləri üzrə hökumətlərarası komissiyanın Bakıda keçirilən 16-cı iclasında iclasında deyib.
O bildirib ki, Azərbaycanla Rusiya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: "Rusiya nəinki iqtisadi tərəfdaş, həm də regionun təhlükəsizliyinin qarantıdır: "Rusiya çalışır ki, hər yerdə sülh olsun və başqa ölkələrin daxili işlərinə müdaxilə halları baş verməsin. Biz Rusiya ilə münasibətlərə böyük önəm veririk. Ticarət dövriyyəsini artırmaq üçün stimul var. 2014-cü illə müqayisədə ticarət dövriyyəsi kəskin azalıb. Bu isə böhranla bağlıdır, hər yerdə ciddi itkilər müşahidə olunur. Bizdə də devalvasiya baş verib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB