Baş bankir: "Tam üzən məzənnəyə keçid ciddi hazırlıq tələb edir" SƏS TV

Baş bankir: "Tam üzən məzənnəyə keçid ciddi hazırlıq tələb edir" SƏS TV

"Əlaqədar orqanlar "qara bazar"la ciddi mübarizə aparır". SİA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

"Bu işdə Mərkəzi Bank Maliyyə Bazarlarına Nəzarət Palatası və müvafiq hüquq-mühafizə orqanları çox ciddi iş aparır. Bu gün "qara bazar"la rəsmi məzənnə arasındakı cüzi fərqi görürüksə, bu, məhz mübarizənin nəticəsidir" - deyə, baş bankir qeyd edib.

Elman Rüstəmov tam üzən məzənnəyə keçidlə bağlı sualı da cavablandırıb. O bildirib ki, Mərkəzi Bank ilin əvvəlindən üzən məzənnə rejimində çalışır: "Bunu təsdiq edən fakt odur ki, artıq Mərkəzi Bank fevral ayından bazarda öz valyutasını satmır. Bu gün bazarda tələb təklifi üstələyir. Buna görə, tam üzən məzənnəyə keçid ciddi hazırlıq tələb edir. Biz bu plana uyğun olaraq işləyirik. Bizim əsas məqsədimiz makroiqtisadi sabitliyə nail olmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə