İİB-dən Azərbaycana 1 milyardlıq kredit

İİB-dən Azərbaycana 1 milyardlıq kredit

Azərbaycan İslam İnkişaf Bankı ilə sıx əməkdaşlıq edir. İslam İnkişaf Bankı indiyədək Azərbaycana 1 milyard dollar həcmində güzəştli şərtlərlə kredit ayırıb. Bu vəsait 18 layihənin icrasına yönəldilib və 14 layihənin icrası artıq yekunlaşıb. SİA-nın məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev dekabrın 8-də Bakıda keçirilən "Azərbaycanda investisiyalara dair beynəlxalq konfrans"da deyib.

Nazir qeyd edib ki, Azərbaycana Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) 14 layihənin icrası üçün 130 milyon dollar vəsait ayırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə