Oman neft hasilatının azaldılmasını dəstəkləyir Nazir

Oman neft hasilatının azaldılmasını dəstəkləyir Nazir

Oman neft hasilatının azaldılmasına dair OPEC-in təşəbbüsünə qoşulmağa hazırdır. SİA "economiccalendar.com"a istinadən xəbər verir ki, bunu Omanın neft və qaz naziri Mohammed Al Rumhi deyib. O bildirib ki, hökumət üzvlərinin ölkənin neft istehsalçıları ilə görüşündə hasilatın azaldılmasına dair təklif razılaşdırılıb. Ölkədə neftin həcminin nə qədər azaldılacağına dair danışıqlar isə hələ də davam edir.

Nazirin sözlərinə görə, gün ərzində hasilatın 1,2 milyon barrel azaldılması neft bazarının sabitləşməsi baxımından kifayət deyil.

Qeyd edək ki, noyabrın 30-da Vyanada keçirilən OPEC-in toplantısında neftin dünya bazarlarına həcminin gündəlik 1,2 milyon barel azaldılması barədə razılığa gəlinib. Qeyri-OPEC ölkələri isə 9-10 dekabr tarixlərində görüşəcəklər. Rusiya, Bəhreyn, Azərbaycan və Qazaxıstanda neft hasilatının azaldılmasında maraqlı olduqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə