Samir Şərifov: "Dövlətin bələdiyyələr qarşısında öhdəliyi yoxdur"

Samir Şərifov: "Dövlətin bələdiyyələr qarşısında öhdəliyi yoxdur"

"Dövlətin bələdiyyələr qarşısında öhdəliyi yoxdur. Buna baxmayaraq dövlət yenə də onlara vəsait ayırır". SİA-nın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı deyib.

"Deputatlar bələdiyyələrə kifayət qədər vəsait ayrılmaması məsələsinə toxunub. Dövlətin öhdəliyi yoxdur. Amma yenə də onlara vəsait ayrılır. Bələdiyyələr müstəqil gəlir imkanlarına malikdirlər. İri şəhərlədə gəlir imkanı daha yüksəkdir, bəzi aqrar rayonlarda azdır. Bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsünə aydınlıq gətirməlidir"- deyə, nazir qeyd edib.

Nazirin sözlərinə görə, bütün mənzil- kommunal təsərrüfatına ayrılan xərclərin 40 faizi bu sahədə işləyənlərin əmək haqqının ödənilməsinə yönəldilib: "Bununla belə küçələrin süpürülməsi, abadlıq, tullantıların daşınması, parkların saxlanması da mənzil-kommunal təsərrüfatına ayrılan vəsaitlər hesabınadır"

S. Şərifov həmçinin deyib ki. ASAN xidməti ilə bağlı proseslərin davam etdirilməsi nəzərdə tutulub. "Prezident də bu xidmətin fəaliyyətinə xüsusi önəm verir. ASAN korrupsiya ilə mübarizədə vacib alətdir. Növbəti illlərdə 2017-ci ildə daxil olmaqla Mingəçevir, Quba, İmişli rayonlarında "ASAN xidmət" mərkəzlərinin açılması nəzərdə tutulub."

Bütün xəbərlər Facebook səhifəmizdə