Nazir müavini: "İqtisadi artım 7 faizdən yüksək olacaq"

Nazir müavini: "İqtisadi artım 7 faizdən yüksək olacaq"

"Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə intizamını gücləndirmək üçün sistemli tədbirlər hazırlanıb". SİA-nın xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq məqsədi ilə səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə intizamını gücləndirmək, idarəetmə strukturunu təkmilləşdirmək, fəaliyyət səmərəliliyini artırmaq və dövlət büdcəsindən asılılığını aradan qaldırmaq üzrə sistemli tədbirlər hazırlanıb və həyata keçirilməsinə başlanılır: "Görülən tədbirlər, manatın ucuzlaşması ilə yerli məhsulların rəqabətqabiliyyətliliyinin bərpası, qeyri-ticari sektora investisiyaların səngiməsi ilə ticari sektora investisiyaların sıxışdırılması amilinin aradan qaldırılması, habelə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorlarının yol xəritəsinə uyğun olaraq beynəlxalq təcrübə də nəzərə alınmaqla hazırlanmış konkret tədbirlər paketi iqtisadiyyatın diversifikasiyasının genişlənməsinə imkan yaradacaq. Diversifikasiyada qeyri-neft sektoru əhəmiyyətli rol oynayır. Bu istiqamətdə görülmüş işlər, sənaye məhəllələrinin, sənaye parklarının yaradılması, onlara güzəştlərin verilməsi öz bəhrəsini verəcək və bu sahədə iqtisadi artım 7 faizdən yüksək olacaq".


Bütün xəbərlər Facebook səhifəmizdə